Ana səhifə » Təhsil imkanları » İngilis dilini öyrən » İngilis dilini öyrən - Nə üçün İngilis dilini Birləşmiş Krallıqda öyrənməli?

İngilis dilini öyrən - Nə üçün İngilis dilini Birləşmiş Krallıqda öyrənməli?

Two Cambridge Academy of English students at a picnic table

Hər il təxminən 600.000 insan beynəlxalq tələbə İngilis dili bacarıqlarını inkişaf etdirmək və ya təkmilləşdirmək məqsədilə Birləşmiş Krallığa gəlir.

İngilis dilini Birləşmiş Krallıqda öyrənməyin aşağıdakı üstünlükləri vardır:

  • Hər bir yaş qrupu və bacarıq səviyyəsinə uyğun kurslar: Dünyanın başqa ölkələri ilə müqayisədə Birləşmiş Krallıqda daha çox İngilis dili kursları olduğu düşünülür. Buraya gələrək karyera, təhsil və ya əyləncə məqsədilə İngilis dilini öyrənə bilərsiniz. Siz eyni zamanda digər fənlərlə yanaşı İngilis dilini özünüz öyrənə bilərsiniz.
  • Həvəsləndirici tədris və təlim: Birləşmiş Krallıqda Ingilis dili əyləncəli və interaktiv şəkildə öyrənilir. Tələbələr sadəcə müəllimləri dinləmir, eyni zamanda oyunlarda, problemlərin həllində və müzakirələrdə iştirak edir. Siz dili anlama bacarığınızı təcrübədən keçirmək üçün həm də mahnılar dinləyə, televizora baxa və ya jurnallar oxuya bilərsiniz. Bu prosesi çətin bir iş olaraq hiss etməyəcəksiniz.
  • Keyfiyyətə təminat: Birləşmiş Krallıqda akkreditasiya edilmiş İngilis dili mərkəzləri mütəmadi olaraq tədris, yaşayış yeri, rifah dəstəyi və təchizatlarda yüksək standartların tətbiqi ilə bağlı təftiş edilir.
  • İngilis dilinin vətəni: Birləşmiş Krallığı kəşf etdiyiniz zaman ətrafınızda İngilis dilində ana dili olaraq danışan insanlar olacaqdır və bu sizə real həyatda dil bacarıqlarınızı tətbiq etməyə imkan yaradacaqdır. Qısa zaman ərzində İngilis dili bacarıqlarınızın sürətli şəkildə inkişaf etdiyinin fərqinə varacaqsınız. Siz hətta bir neçə gün sonra yuxularınızı da İngilis dilində görə bilərsiniz!
  • Gələcək üçün hazırlıq: İngilis dili bacarıqları dünyada işəgötürənlər, kollec və universitetlər tərəfindən yüksək qiymətləndirilir və minlərlə karyera imkanları üçün təsirli alətdir. İngilis dili bacarıqlarının inkişafı gələcəyiniz üçün böyük yatırımdır.
  • Unikal mədəni təcrübə: İngilis dilini Birləşmiş Krallıqda öyrənərək dünyanın hər yerindən olan yeni dostlar qazana, buranın mədəniyyəti və tarixini, gözəl şəhər və kəndləri kəşf edə bilərsiniz. Daha ətraflı məlumatlarla Yaşayış və təhsil bölməsində tanış olun.

Bu internet səhifəsindəki axtarış bölməsindən istifadə edəərək Birləşmiş Krallıqda İngilis dili kurslarını tapa bilərsiniz.