Ana səhifə » Britaniyada təhsili niyə seçməli? » İngilis dilinizi təkmilləşdirin

İngilis dilinizi təkmilləşdirin

Teenagers talking and smiling in a classroom

İngilis dilinin tədrisi üzrə Birləşmiş Krallığın dünyada bir nömrəli məkan olduğunu bilirdinizmi? (Study Travel jurnalı, dekabr 2012).

Hər il İngiltərəyə, Şotlandiya, Şimali İrlandiya və Uelsə İngilis dilini öyrənmək üçün dünyanın müxtəlif yerlərindən təxminən 600,000 tələbə gəlir. Çoxları eyni zamanda riyaziyyat, moda və ya mühəndislik kimi başqa sahələri də öyrənməyə gəlirlər. Bilirlər ki, İngilis dili bacarıqları da eyni zamanda təkmilləşəcək.

  • Bütün yaş və bacarıq diapazonlarına uyğun kurslar: İngilis dili kursları başqa ölkələr ilə müqayisədə aydındır ki, Birləşmiş Krallıqda daha çoxdur. Buraya gəlin siz İngilis dilini karyera, təhsil məqsədilə, yaxud sadəcə özünüz üçün öyrənə bilərsiniz. Siz İngilis dilini başqa ixtisasla eyni zamanda da öyrənə bilərsiniz.
  • İlhamverici tədris və öyrənmə: Birləşmiş Krallıqda İngilis dilini öyrənmək əyləncə və iştirakı əhatə edir. Təkcə müəllimi dinləmək əvəzinə, dərsləriniz oyunları, problem həllini və müzakirələri əhatə edəcək. Siz həmçinin başa düşmək bacarıqlarınızı inkişaf etdirmək üçün mahnı dinləyə, televizora baxa və ya jurnallar oxuya bilərsiniz. Demək olar ki işlədiyinizi əsla hiss etməyəcəksiniz!
  • Keyfiyyət təmin olunur: Birləşmiş Krallıqdakı akkreditə olunmuş İngilis dili mərkəzləri tədris, yaşayış yeri, maddi dəstək və avadanlıq, xidmət vasitələrində yüksək standartlara uyğunluğu təmin etmək üçün hökumət tərəfindən təsdiqlənmiş qurumlar tərəfindən yoxlanılır. Akkreditə olunmuş mərkəz tapmaq üçün məlumat İngilis dilini öyrən bölməsində verilib.
  • İngilis dilinin vətəni:  Siz Birləşmiş Krallığı özünüz üçün kəşf edərkən yerli İngilis dilli şəxslərlə əhatə olunduğunuza görə dili real həyat vəziyyətlərində istifadə etməyi öyrənəcəksiniz. Siz qısa zamanda bacarıqlarınızın həddən çox inkişaf etdiyini müşahidə edə bilərsiniz. Siz hətta bir neçə gündən sonra İngilis dilində arzulamağa belə başlaya bilərsiniz!
  • Gələcəyiniz üçün hazırlaşın: İngilis dili bacarığı bütün dünyada işəgötürənlər, universitetlər və kolleclər tərəfindən qiymətləndirilir və uğurlu karyera üçün güclü vasitədir. İngilis dili qabiliyyətinizi inkişaf etdirmək gələcəyinizə böyük sərmayədir. Burada çoxlu biznes İngilis dili kursları, üstəlik sizi ali təhsilə hazırlayan kurslar var.
  • Unikal mədəniyyət təcrübəsi: İngilis dilini Birləşmiş Krallıqda öyrənmək yeni dostlar tapmaq, buranın mədəniyyət və tarixini, gözəl təbiət mənzərələri və şəhərlərini özün üçün kəşf etmək, tanımaq imkanıdır.

Daha ətraflı məlumatı İngilis dilini öyrən bölməsində əldə edə bilərsiniz.

Akkreditə olunmuş ingilis dili mərkəzləri və kursları üçün səhifənin yuxarısındakı “BK-da təhsil seçimini et” vasitəsindən istifadə edin.