Ana səhifə » Britaniyada təhsili niyə seçməli? » Mehriban beynəlxalq cəmiyyətə qoşulun

Mehriban beynəlxalq cəmiyyətə qoşulun

Trafalgar Square, London

Birləşmiş Krallıq hər bir ölkədən, mədəniyyətdən və dindən olan insanları dostcasına, xoşməramla qarşılayan bir yerdir.

2012-ci ildə 200 millətə məxsus 500 000-dən çox beynəlxalq tələbə Birləşmiş Krallıqda təhsil almış və bundan əlavə 600 000 tələbə İngilis dili kurslarında oxumaq üçün bura gəlmişdir. Birləşmiş Krallıqda tələbə kimi siz dünyanın müxtəlif yerlərindən gəlmiş insanları tanıyacaq və müxtəlif mədəniyyətlər barəsində öyrənəcəksiniz.

Qayğı ilə qarşılanma və Birləşmiş Krallıqda olduğunuz müddətdə dəstəyi hiss edə bilməniz üçün bir çox məktəblərin, kollec və universitetlərin beynəlxalq tələbə cəmiyyətləri var. Bu cəmiyyətlər yığıncaqlar, pab viktorinaları, film gecələri və turistləri cəlb edən yerlərə ekskursiyalar kimi fəaliyyətləri təşkil edirlər. Belə şəraitdə də güman ki, siz tez bir zamanda digər beynəlxalq tələbələrlə dost ola biləcəksiniz.

Birləşmiş Krallıq bütün əsas dinlərin ibadət edildiyi və bayramlarının qeyd edildiyi çoxdinli cəmiyyətdir. Xristianlıq ən geniş yayılmış dindir, ardınca islam, hinduizm, sikhizm, iudaizm və buddizm gəlir. Əhalinin dörddə biri isə heç bir dinə sitayiş etmir. Böyük şəhərlərdə və rayonlarda kilsələr, məscidlər, məbədlər, sinaqoqlar, gurdvara və digər ibadət yerləri görə bilərsiniz, əgər siz vətəninizdə ibadətlə müntəzəm məşğul olursunuzsa, siz onu rahatlıqla Birləşmiş Krallıqda davam etdirə bilərsiniz.

Birləşmiş Krallıq böyük lezbiyanlar, qeylər, biseksuallar və transseksualara (LGBT) icmasına malikdir. Məktəb, kollec və universitetlərdə böyük yaşlı tələbələr üçün çox zaman LGBT cəmiyyətləri olur, orada dostluq və dəstək qazana bilərsiniz. Birləşmiş Krallıqda cinsi yönümdə diskriminasiya qanuna ziddir və hüquqlarına hörmətlə yanaşılacağını bildiklərinə görə beynəlxalq LGBT tələbələrin çoxu Birləşmiş Krallıqda təhsil alırlar.

Birləşmiş Krallıqda fiziki qüsurlu və xüsusi təhsil ehtiyacları olan tələbələrə dəstək çoxdur. Çoxları adi məktəblər, kollec və universitetlərdəki təhsilə qoşulur, ancaq əlavə dəstəyə ehtiyacı olan uşaq və böyüklər üçün təhsil mərkəzləri də var.

Təhsil alacağınız məktəbdə, kollec və ya universitetdə tələbələrin sosial təminatı üzrə şəxs(lər) olacaq. Ehtimal ki, həmçinin beynəlxalq tələbələrin işi üzrə xüsusi əməkdaş(lar) da olacaq. Onlar tələbələrin maddi rifahı ilə bağlı məsələlərlə məşğul olur. Onların işi sizə şəxsi problemlərinizlə bağlı məsləhət verməkdir.

Birinci dəfə gələndə yerləşməyə kömək üçün təhsil müəssisələrinin çoxu orientasiya proqramı keçirirlər ki, yeni kampusunuzu və tələbə yoldaşlarınızı tanıya biləsiniz. Pansionat məktəblərində tələbələrin qayğısına ‘ştatda olan valideynlər’, rezident tibb bacısı və sinif rəhbəri qalır.

Birləşmiş Krallıq hökuməti beynəlxalq tələbələrin gəlişini xoş qarşılayır və veriləcək tələbə vizalarının sayına heç bir məhdudiyyət qoyulmur. Hər il minlərlə beynəlxalq tələbə Birləşmiş Krallıqda oxumağa gəlmək üçün vizanı uğurla əldə edə bilir. Vizalara dair məqaləmizdə bu barədə daha çox məlumat verilib və viza üçün müraciət prosesi Birləşmiş Krallığın Sərhəd Agentliyinin internet səhifəsində izah olunur.