Ana səhifə » Britaniyada təhsili niyə seçməli? » Pulunuz müqabilində maksimum dəyər əldə edin

Pulunuz müqabilində maksimum dəyər əldə edin

Students at Queen's university, Northern Ireland

Karyeranızı başlamağa gəldikdə isə Birləşmiş Krallıq kvalifikasiyaları əmək haqqınızda olduğu kimi, CV-iniz üçün də önəmlidir. Tracking International Graduate Outcomes (Beynəlxalq Məzun Nəticələrinin İzlənməsi) hesabatına (Biznes, innovasiya və bacarıqlar şöbəsi) əsasən, Birləşmiş Krallıqda təhsil almış tələbələr orta hesabla öz ölkələrində təhsil alanlardan daha yüksək əmək haqqı alırlar.  

  • Birləşmiş Krallıqda kursların haqqı və yaşayış xərcləri müvafiq dəyərdədir və digər ən yaxşı təhsil məkanlarındakı xərclər ilə müqayisədə daha münasibdir. Siz buna sübut olaraq UK Higher Education International Unit (Birləşmiş Krallığın Ali Təhsil üzrə Beynəlxalq Şöbəsi) internet səhifəsinə daxil olub “Beynəlxalq Qiymət Araşdırması” hesabatını oxumaqla əmin ola bilərsiniz.
  • Birləşmiş Krallıq ali təhsil kursları adətən digər ölkələrdə olduğundan daha qısa olur. Misal üçün əyani bakalavr dərəcəsi adətən üç il (bir çox ölkələrdəki 4 il va ya daha uzun müddətlə müqayisədə) və bir çox əyani magistratura dərəcəsi yalnız 1 il davam edir. Bu sizə illik xərclərinizə qənaət etməyə imkan verir, üstəlik bu təhsilinizi tez bitirməyiniz və pul qazanmağa daha tez başlamağınız deməkdir.
  • Birləşmiş Krallıqda təhsil almaq istəyən beynəlxalq tələbələr üçün çoxlu maliyyə dəstəyi sxemləri vardır. Daha ətraflı məlumatı Təqaüdlər və maliyyə dəstəyi adlı məqaləmizdə oxuya bilərsiniz.
  • Birləşmiş Krallıqda xeyli sayda mağazalar, restoran və bizneslər yaşayışınızın müvafiq şəkildə başa gəlməsi üçün böyük həcmdə tələbə endirimləri təklif edirlər. Siz həmçinin qatar və avtobus biletlərini ucuz qiymətə ala bilərsiniz. Tələbə İttifaqları münasib qiymətə ərzaq, əyləncə və dəstək təklif edirlər.
  • Əgər siz Birləşmiş Krallıq kvalifikasiyası əldə etmək, ancaq bunun üçün vətəninizi tərk etmək istəmirsinizsə, onlayn kursa və ya ölkənizdə Birləşmiş Krallıq təhsil müəssisələrinin birinin kampusuna qoşulmağı nəzərdən keçirə bilərsiniz. Bu sizə təhsil müddətində öz ailənizlə yaşamaq, səyahət və yaşayış yeri puluna qənaət etmək seçimi verir. Daha ətraflı məlumat üçün Təhsil imkanları bölməsinə baxa bilərsiniz.

Yaşayış xərcləri və təhsil haqları Birləşmiş Krallıq boyunca təhsil müəssisələri arasında çox fərqlənir. Daxil olmazdan əvvəl tam təfsilatlı məlumat üçün seçdiyiniz məktəb, kollec və universitet ilə əlaqə saxlamağı tövsiyə edirik. Ödənişlərə nəyin daxil olduğunu, əlavə xərclərin olub-olmadığını dəqiq soruşmaq ən yaxşısıdır.

Beynəlxalq tələbə kalkulyatoru Birləşmiş Krallıqda olduğunuz müddətdə yaşayış xərclərini planlaşdırmağa və büdcənizi idarə etməyə kömək edə bilər. Daha ətraflı məsləhət üçün Büdcənin planlaşdırılması məqaləsini oxuyun.