Ana səhifə » Təhsil imkanları » Davamlı təhsil » Davamlı təhsil – Kolleclər və digər təhsil müəssisələri

Davamlı təhsil – Kolleclər və digər təhsil müəssisələri

Crowd walking in a corridor at University College London

Siz davamlı təhsil kurs və proqramlarını müxtəlif təhsil müəssisələrində tapa bilərsiniz. Buraya aşağıdakılar daxildir:

  • Məktəblər: Bir çox məktəblər 16-18 yaşlı tələbələr üçün davamlı təhsil kvalifikasiyaları, xüsusən də akademik olan A-səviyyəsi, Beynəlxalq Bakalavriat və ya Şotland Ali kurslarını təklif edir. Məktəbin son iki ili “altıncı forma” də adlanır. Buna baxmayaraq İngiltərədə, Şimali İrlandiyada və Uelsdə heç də bütün məktəblər özlərinin altıncı forma tədrislərini təklif edir.
  • Altıncı Forma kollecləri: Bu kolleclər əsasən 16-18 yaşlı tələbələr üçün nəzərdə tutulub və ali təhsilə hazırlayan akademik kurslar sahəsində ixtisaslaşıb.
  • Davamlı təhsil kollecləri: Davamlı təhsil kollecləri geniş miqyaslı peşə və akademik fənlərin tədrisini təklif edir. Bəzi kurslar incəsənət, dizayn, ictimai iaşə, mühəndislik və bostançılıq kimi spesifik sahələrdə ixtisaslaşıb. 
  • Universitetlər: Universitetlər əsasən Ali təhsil və eyni zamanda davamlı təhsil kursları təklif edir.

“Top” təhsil müəssisəsinin tapılması

Bir çox beynəlxalq tələbələr hansı məktəblərin, kolleclərin və ya universitetlərin reytinqə görə ən yüksəkdə olması ilə maraqlanır. Bir neçə müstəqil reytinq sistemləri vardır. Bu sistemlər yararlı olsa da bütün sahələri əhatə etmir. 

Sizin üçün uyğun olan təhsil mərkəzinin tapılması üçün bir neçə mənbəyə əsaslanmanızı tövsiyyə edirik. Məsələn, aşağıdakı kriteriyalara əsasən təhsil müəssisələrinin göstəricilərini yoxlaya bilərsiniz:

  • Tələbə məmnuniyyəti
  • İmtahan nəticələri
  • Karyera perspektivləri
  • Tələbələrə qayğı
  • Xərclər
  • Tədris standartları və s.

Viza

Tələbələr Birləşmiş Krallıqda təhsil almaq üçün vətədaşı olduğu ölkədən asılı olaraq viza almalıdır. Vizanın tələb olunması barədə buradan ətraflı məlumat ala bilərsiniz. Sizin üçün viza tələb olunduğu halda Birləşmiş Krallığın Sərhəd Agentliyi tərəfindən təsdiq edilmiş məktəbdə təhsil almalısınız.